"ChatGPT" çatbotunu yaradan ABŞ şirkəti "OpenAI" ilk cihazını 2026-cı ildə təqdim etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu şirkətin siyasət rəhbəri Kris Leheyn "Axios"a bildirib.
O, cihazın xüsusiyyətləri barədə təfərrüatı açıqlamayıb. Bununla belə, Leheyn qeyd edib ki, yeni cihaz smartfondan daha səssiz olacaq və istifadəsi daha asan olacaq.
O həmçinin bildirib ki, OpenAI cihazın buraxılışını 2026-cı ilin ikinci yarısına nəzərdə tutub.