21 yanvar 2026 12:15
123

Bakı Metropoliteni məşhur şirkətlərdən yeni nəsil qatarlar alacaq

"Bakı Metropoliteninin yeni nəsil qatarlar alması ilə bağlı danışıqlar son mərhələdədir".

“İki sahil” xəbər verir ki, bu məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.

O bildirib ki, müvafiq dövlət proqramına uyğun olaraq texniki şərtlərin hazırlanması prosesi yekunlaşmaq üzrədir:

"Ötən ildən etibarən dünyanın aparıcı istehsalçılarından olan Avropanın ən tanınmış "Stadler" və "Skoda", Çin və Rusiyanın bir neçə tanınmış şirkətləri ilə müzakirələr aparılıb. Yaxın vaxtlarda texniki şərtlər təsdiqlənəcək və Bakı Metropoliteni yeni qatarları sifariş edəcək. Bu müqaviləyə uyğun olaraq cari ildə yeni qatarların istehsalına başlanılacaq".

B.Məmmədov bildirib ki, 2030-cu ilə qədər Bakı Metropoliteni 299 ədəd müasir tipli vaqon almağı planlaşdırıb.