21 yanvar 2026 12:27
119

Bosfor boğazında yoxa çıxan rusiyalı idmançının cəsədi tapıldı

Bosfor boğazında yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikovun cəsədi tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən gün Bosfor boğazında tapılan meyitin rusiyalı idmançıya aid olduğu müəyyən edilib.

Xatırladaq ki, rusiyalı idmançı ötən ilin avqustunda Türkiyədə keçirilən idman yarışında itkin düşmüşdü.