Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı Qrenlandiya ilə bağlı məsələlərdə ABŞ ilə dialoqa üstünlük verir, lakin zərurət yaranarsa tədbir görməyə də hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
“Biz yol ayrıcındayıq. Avropa dialoqa və həll yollarına üstünlük verir, lakin lazım gəldikdə birlik, operativlik və qətiyyətlə hərəkət etməyə tam hazırıq”, — deyə fon der Lyayenin sözləri sitat gətirilir.
Daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Avropa İttifaqını Qrenlandiya məsələsinə görə Vaşinqtona qarşı cavab addımlarından çəkinməyə çağırmışdı.