21 yanvar 2026 14:52
99

İsveç Sülh Şurasına qoşulmaqdan imtina edib

İsveçin Baş naziri Ulf Kristersson ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsündə iştirak etməyəcəklərini bildirib.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Davosda jurnalistlərə bildirib.

"Bunu digər Aİ ölkələri ilə müzakirə edəcəyik, lakin hazırkı vəziyyətdə İsveç Sülh Şurasında iştiraka imza atmayacaq", - o deyib.

Qeyd edək ki, daha əvvəl Norveç və Fransa da Şuranın indiki formatına təsisçi ölkə kimi daxil olmayacaqlarını bəyan ediblər.