21 yanvar 2026 23:41
144

ÇL: "Qarabağ" "Ayntraxt"a qalib gəldi

"Qarabağ" bu gün Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununda Almaniyanın "Ayntraxt" klubunu qəbul edib.

İki sahil” xəbər verir ki, yarışın 4-cü dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran hesabı açıb. 11-ci dəqiqədə isə rəqibin futbolçusu Can Uzun bərabərlik qolunun müəllifi olub – 1-1.

78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Şaybi, 78 rəqibi hesabda önə çıxarsa da 80-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuran Kamilo Duran hesabı bərabərləşdirib.

Oyunda son qolu Bəhlul Mustafazadə vurub. 90+4-cü dəqiqədə vurulan qol "Qarabağ"a qələbə qazandırıb - 3-2.

Qeyd edək ki, "Qarabağ" son - 8-ci turda səfərdə "Liverpul"la qarşılaşacaq (29 yanvar).

Çempionlar Liqası,

Liqa mərhələsi,

7-ci tur

21:45. "Qarabağ" (Azərbaycan) 3-2 "Ayntraxt" (Almaniya)

Qollar: Kamilo Duran, 4 (1-0), Can Uzun, 11 (1-1), Şaybi, 78 (1-2), Kamilo Duran, 80 (2-2), Bəhlul Mustafazadə 90+4 (3-2)

Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Lukas Fendrix (İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu