Zülal, dəmir və kalsium cəhətdən zəngin olan badamın faydalarını saymaqla bitməz. “İki sahil” haberturk.com saytına istinadən insan orqanizmi üçün bir çox faydası olan badam haqqında maraqlı faktlar təqdim edir.
- Hamilələrin südünü artırır və körpələrin inkişafına kömək olur. Badam bədən və zehinin yorğunluğunu aradan qaldırarkən, böyrək, sidik kisəsi yollarındakı iltihabları da yox edir.
- Tərkibində olan yağlar çəki atmağı asanlaşdırır. İnsanı tox tutur, bu səbəblə 10-15 ədəd badam qəbul edilə bilər. Çiy, duzsuz və qovrulmamış olan badam daha faydalı hesab olunur.
- Öd daşlarının meydana gəlməsinə mane olur.
- Badam xolesterolun səviyyəsini nizamlamaqla xəstəliklərə tutulma ehtimalını olduqca azaldır.
- Yaşlanmaqla birlikdə artan sümük ağrılarının qarşısının alınmasında və dişlərin dayanıqlılığını artırmada badam mütləq gündəlik olaraq qəbul edilməlidir.
- E vitamini, maqnezium və fol turşusu baxımından zəngin olan badam antioksidant ehtiva etdiyindən ürəyi əhəmiyyətli dərəcədə qoruyur, arteriyalarda ləkə meydana gəlməsinə mane olur.
- Qələvi baxımından zəngin olan badam immunitetin güclənməsini təmin edir. Bədəndəki zərərli maddələrin ixracına yardımçı olur.
- Bir çox nəmləndirmə və təmizləmə məhsullarında istifadə edilən badam gündəlik qəbul edildiyində dəri sağlamlığını qoruyur.
- Norma daxilində qəbul olunan badam qan təzyiqini normallaşdırır.
- Diyet lifi baxımından zəngin olan badam kolon xərçənginin meydana gəlməsinin də qarşısını alır.
- Yeməkdən sonra qəbul edilən badam insulin və qlükozanın artmasının qarşısını alır.
- Lif baxımından zəngin olan badam qəbizliyin aradan qaldırılmasında da təsirli bir qidadır. Gündə 5 dənə badam, qəbizliyin aradan qaldırılması üçün kifayətdir.
Mənsumə Babayeva, “İki sahil”