25 yanvar 2026 13:08
101

Füzulidə avtomobillərdə qalanlar xilas edildilər

Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.

“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) veirlən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "Cip" və "Mitsubişi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.