26 yanvar 2026 11:43
111

Sahibkarlıq subyektlərinə sertifikatlaşdırma sahəsində dəstək tədbirləri davam edir

2025-ci ildə AQTİ-nin "Halal" uyğunluq sertifikatlaşdırması genişləndirilib, ölkədə ilk dəfə tətbiq edilən "Ulduz-reytinq" layihəsi çərçivəsində isə artıq 3 restoran "5 ulduz" sertifikatına layiq görülüb. AQTA və AQTİ ISO 9001:2015 – “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər” standartı üzrə sertifikatla təltif olunub.

Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib.

Əli Nəbiyev deyib ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanan Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) 15 yeni funksionallıq istifadəyə verilib. Əlavə olaraq bildirim ki, ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. Cari il ərzində fəaliyyətimizin nəticəsi olaraq ötən illə müqayisədə identikləşdirilmiş heyvanların sayında 26.2% artım müşahidə olunub. Bu günə qədər HİQS-də 869 773 baş heyvan qeydiyyata alınıb. 

Yaqut Ağaşahqızı “İki sahil”