AQTA-nın sədr müavini Əziz Şərifov sahibkarlara çağırış edib. Bildirib ki, qida təhlükəsizliyi dövlət, sahibkar və istehlakçı arasında qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulan bir sistemdir. Bu sistemin effektivliyi hər üç tərəfin məsuliyyətli davranışından asılıdır.
“İki sahil” xəbər verir ki, Əziz Şərifov bu çağırışı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə səsləndirib.
Onun sözlərinə görə, burada sahibkarların da üzərinə xüsusi məsuliyyət düşür. Ona görə də sahibkarlar məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə diqqət yetirməklə yanaşı beynəlxalq ticarət tələblərini nəzərə almaqla, xüsusilə qablaşdırma, etiketlənmə və daşınma şərtlərinə ciddi şəkildə əməl etməlidirlər. Bu tələblərə əməl olunması həm məhsullarımızın rəqabət qabiliyyətini artırır, həm də ölkənin etibarlı ixracatçı imicinin qorunmasına xidmət edir.