27 yanvar 2026 11:28
109

Ötən il 189 mindən çox vətəndaş işlə təmin edilib

2025-ci ildə 189 mindən çox vətəndaş işlə təmin edilib.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

H.Abbasovun szölərinə görə, 2025-ci ildə 16 827 vətəndaş məşğulluq proqramı ilə əhatə edilib:

"2017-ci ildən başlayan proqram 113 minədək vətəndaşı əhatə edib. Vətəndaşlara 32 biznes ideyası üzrə cəhdlər təklif edilir. 2025-ci ildə vətəndaşlara təklif edilən məşğulluq zərflərinin sırasında daha 5-i əlavə edilib."