Süni intellektin inkişafı nəticəsində aktuallığın itirən peşələr olacaq, lakin bu, iş yerlərinin azalması deyil.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında deyib.
Onun fikrincə, süni intellektin tətbiqi nəticəsində peşələrin transformasiyası baş verəcək. O qeyd edib ki, süni intellektlə bağlı yeni vakansiyalar meydana çıxır: “Süni intellektin tətbiqi nəticəsində əmək bazar insanları işsiz qoyacaq fikri ilə razı deyiləm. Bu gün süni intellektlə bağlı çoxlu sayda yeni peşələr meydana çıxır. Bu baxımdan süni intellekt peşələrin azalmasından daha çox peşələrin transformasiya səbəb olur”.