Milli Hidrometeorologiya Xidməti yanvarın 28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
“İki sahil” xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib.
Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.