27 yanvar 2026 19:44
115

"Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır - Ceremi Frimponq

"Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır.

“İki sahil” xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Ceremi Frimponq deyib.

Futbolçu evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Almaniyanın "Bayer 04" klubunda çıxış edərkən "Qarabağ"a qarşı çıxış etmişdim. Həqiqətən çox yaxşı çıxış etmişdilər. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. "Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.