28 yanvar 2026 11:18
94

Adil Kərimli Qaxda vətəndaş qəbulu keçirəcək

Mədəniyyət naziri Adil Kərimli Qaxda vətəndaşları qəbul edəcək.

“İki sahil” xəbər verir ki, qəbul fevralın 13-ü saat 10:00-da keçiriləcək.

Qəbulda Qax rayonu da daxil olmaqla Şəki şəhəri, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından da olan vətəndaşlar iştirak edə bilərlər.