28 yanvar 2026 13:43
152

ADY: Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndirir. 2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək.

ADY-dən "İki sahil"ə verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:

- Yeni Suraxanı-Hövsan (4 stansiya)

- Bakıxanov-Binə-Qala (7 stansiya)

- Zabrat-Maştağa-Bağlar (7 stansiya)

Məlumata görə, hazırda Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Bundan əlavə, Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.