28 yanvar 2026 14:39
214

BANM tələbəsi beynəlxalq hakatonda Azərbaycanı təmsil edərək qalib olub

Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Gülay Nəzərova İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) tərəfindən təşkil olunan “CECECO Təmiz Enerji Hakatonu 2026” beynəlxalq müsabiqəsində II yeri tutub.

“İki sahil” xəbər verir ki, Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 16–35 yaş arası gənclərin iştirak etdiyi hakatonda BANM tələbəsi fərdi şəkildə iştirak edərək Azərbaycandan yeganə qalib adını qazanıb.

Onun təqdim etdiyi “CleanAxis” adlı layihə süni intellekt əsaslı rəqəmsal mərkəz platformasının yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi təmiz enerji sahəsində rəqəmsal və məlumat əsaslı innovativ həllərin hazırlanması olub. Müsabiqəyə ümumilikdə adları qeyd olunan ölkələrdən 207 müraciət qəbul edilib.