28 yanvar 2026 21:28
219

Azərbaycan və İordaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafını müzakirə ediblər

İordaniyanın daxili işlər naziri Mazen Əl-Farrayya Azərbaycan səfiri Şahin Abdullayevi qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X" səhifəsində bildirilib.

"Tərəflər hüquq-mühafizə orqanları arasında münasibətlərin inkişafı və cinayətkarlıqla mübarizədə əməkdaşlıq imkanlarını müzakirə ediblər", - paylaşımda qeyd olunub.