Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2026-cı il Gənclər üçün Prezident mükafatı verilib.
Bakı Dövlət Universitetindən (BDU) “İki sahil”ə verilən məlumata görə, onlardan 2-si – Gülbağda Leysanova Hacıyeva 2019-ci ildə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin, Lamiyə Məmmədova isə 2020-ci ildə BDU-nun Filologiya fakültəsinin SABAH qrupları üzrə məzunu olub.