01 fevral 2026 14:05
104

Yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarında fevralın 2-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.