02 fevral 2026 00:52
111

Gənclər Günü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanılıb

Gənclər Günü ilə əlaqədar Gənclər Fondu tərəfindən bir sıra tədbirlər təşkil olunacaq. Tədbirlərə “GəncLAND” Gənclər Festivalı ilə başladıq. Bundan başqa, Azərbaycanın ən böyük fərdi intellektual yarışı - "GəncİNTELLEKT" təşkil olunacaq. Həmçinin, tələbə gənclər təşkilatları arasında “GəncVİZYON” İdeatonu keçiriləcək. Silsilə tədbirlər “GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev deyib.

Y.Vəliyevin sözlərinə görə, regionlarda da gənclərin karyera mərkəzləri silsilə tədbirlər keçirəcək. Eyni zamanda, ölkənin aparıcı gənclik təşkilatları ilə birlikdə bir sıra layihələr təşkil olunacaq.

Gənclərlə bağlı bu il keçiriləcək ümumi tədbirlərdən bəhs edən Y.Vəliyev bildirib: "Gənclərlə bağlı hər ilin özünəmüvafiq tapşırıqlar olur. Bu il də ötən illərdə olduğu kimi həm fərdi, həm təşkilatlar üçün qrant müsabiqələri təşkil olunacaq. Yayda ənənəvi "YayFest" uzunmüddətli layihəsinin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, gənclərin təşəbbüskarlığına və məşğulluğuna dəstək olmaq üçün də bir sıra layihələr icra ediləcək".