06 fevral 2026 10:05
148

Azərbaycan-Niderland əlaqələri müzakirə edilib

Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marian de Yonq Xarici İşlər Nazirliyində olub.

“İki sahil” xəbər verir ki, bu barədə Niderland səfirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, o, Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Məmməd Talıbov ilə görüşüb.

Görüş zamanı ikitərəfli əlaqələr müzakirə edilib.