05 fevral 2026 15:15
162

SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində “Məzun günü” keçirilib

SOCAR-ın “Gənc İstedadlar Proqramı” 2025 (GİP) çərçivəsində “Məzun günü” tədbiri keçirilib.

Proqram məzunlarının iştirak etdiyi tədbirdə GİP-in gənclər üçün yaratdığı inkişaf və karyera imkanları barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində, həmçinin 2022-ci ildən etibarən həyata keçirilən GİP-in istedadlı gənclərin SOCAR-a cəlb olunması, onların real iş mühitində inkişafı və işəgötürən brendinin gücləndirilməsi baxımından mühüm rol oynadığı qeyd olunub.

Tədbirin davamında GİP qalibləri çıxış edərək proqramla bağlı təəssüratlarını və proqramın onların karyerasında oynadığı önəmli roldan bəhs ediblər.

Sonda məzunların inkişafında fərqlənən mentorlara “2025-ci ilin ən uğurlu mentoru” mükafatları, proqram qaliblərinə isə müvəffəqiyyət sertifikatları təqdim edilib.