Azərbaycan Dəmir Yolları (ADY) və “Parlaq İmzalar Nəşriyyatı”nın birgə təşəbbüsü ilə oxu mədəniyyətini təşviq edən yeni layihəyə start verilib.
ADY-dən “İki sahil”ə verilən məlumata görə, Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ADY tərəfindən qatarda səfər edən sərnişinlərə kitablar hədiyyə olunub. Bu təşəbbüs səyahəti daha mənalı və yaddaqalan edib.
Kitab bağışlamaq inkişafı, gələcəyi hədiyyə etməkdir. ADY bu yanaşmanı hər il daha geniş miqyasda davam etdirir.
Bir kitabla başlayaq, dəyəri paylaşaq.
Teleradio Akademiyasında “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusunda təlim təşkil olunub
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanılıb