16 fevral 2026 14:19
100

Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri fevralın 16-da başa çatıb.

“İki sahil” xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.