16 fevral 2026 21:35
117

İktərəfli münasibətlər həm də məzmun baxımından genişlənəcək

Son əsrdə dünya dövlətləri arasında iqtisadi münasibətlər siyasi münasibətlər müstəvisində dayanıqlı səviyyədə formalaşır. Bu münasibətlər qarşılıqlı etimaddır, qarşılıqlı inam­dır. İkitərəfli münasibətlər rəsmi səfərlər zamanı mahiyyət baxımından daha geniş məzmuna malik olur. Belə ki, bu səfərlər zamanı müzakirə olunan məsələlər istər təyinatı baxımından, istərsə də mahiyyəti ba­xı­mından ikitərəfli münasibətlərin daha dayanıqlılığına yönəldilir.

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında münasibətlər də bu formatda in­ki­­şaf etdirilib, formalaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri də ikitərəfli münasibətlərin şəbəkəsinin ge­niş­ləndirilməsində, ma­hiy­yət baxımından dərinləşməsində vasitə oldu. Səfər zamanı dövlət başçımız verdiyi bəya­nat­da Serbiya xalqının bütün dövrlərdə öz dövlət suverenliyini böyük sədaqətlə qoruduğunu, möh­kəm­lən­­dirilməsi istiqamətində böyük səylər göstərdiyini, Serbiyanın uğurla inkişaf etdiyini, bey­nəl­­xalq müstəvidə böyük hörmət qazandığını, iqtisadi və sosial sahədə böyük islahatlar aparıl­dı­ğını xatırladaraq dedi: “Bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox mə­sələlər müzakirə edildi. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqti­sadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platfor­ma­larda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suveren­li­yini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yarat­maq­dır”.

Hər dövlət ikitərəfli münasibətlərin şəffaflığını, qarşılıqlı etimadın, ehtiramın yaşarlığını dai­­­miləşdirmək üçün həm də iqtisadi baxımdan strateji köməyini əsirgəmir. Strateji kömək həm də sərmayə qoyuluşu ilə müəyyənləşdirilir. Azərbaycan da bu və ya digər dövlətin iqtisadi inki­şa­fı­­nın dönməzləşməsi naminə köməyini əsirgəmir, ikitərəfli münasibətlər əsasında sərmayə qo­yu­luşu təklif edir, təklifini gerçəkləşdirir. Belə dövlətlər sırasında Serbiya da var. Serbiyaya səfəri za­­ma­nı verdiyi bəyanatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tezis ba­xımından dedi: “Prezident Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxun­du. Prezident qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elek­trik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vuçiçin xüsusi rolunu qeyd etmək istərdim”.

Energetika sahəsində əlaqələrimizin çoxşaxəli formatda inkişaf etdiyini xatırladan, Azərbay­canın Serbiya bazarı üçün, həm də gələcəkdə ixrac üçün imkanlar yaradacağını, Azərbaycanın bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə də məşğul olduğunu, bu sahə üzrə Serbiya ilə də əməkdaşlığa hazır olduğunu nəzərə çatdıran dövlət başçımız çıxışında qeyd etdi ki, “Mən dəfə­lər­lə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlə­rim­lə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına səfəri iktərəfli münasibətlərin həm də məzmun baxımından genişlənəcəyinin zəmanəti kimi tarixləşdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı