05 dekabr 2016 21:05
311

TQDK növbəti SAT imtahanlarını keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 3-də növbəti SAT imtahanlarını (üç fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirib. Komissiyanın inzibati binasında təşkil olunan imtahanlar təlimata uyğun aparılıb.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanlarda 48 nəfərin iştirakı nəzərdə tutulsa da, 43 nəfər iştirak edib. İştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin dekabrın 22-də elan olunması gözlənilir.

İştirakçılar nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış ola biləcəklər.