27 fevral 2026 16:30
110

Alabaşlı-Qızılca dəmir yolu sahəsində təmir işləri yekunlaşır

ADY Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.

“İki sahil” xəbər verir ki, 1950-ci illərdə istismara verildiyi vaxtdan bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.