07 dekabr 2016 19:57
1120

Ən güclü döyüşçülər Sumqayıtda müəyyənləşəcəklər

Dekabrın 9-da Sumqayıt Olimpiya İdman Kompleksində qarışıq döyüş növləri (MMA) üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan MMA Federasiyasının vitse-prezidenti Etiqad Atakişiyevin AZƏRTAC-a verdiyi məlumata görə, yarışda 23 klubdan 100-dən çox idmançı mübarizə aparacaq. Ölkə birinciliyində səkkiz çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

E.Atakişiyev, həmçinin vurğulayıb ki, yarışın Sumqayıtda keçirilməsində səbəb MMA-ın paytaxtdan başqa şəhərlərdə də inkişaf etdirilməsinə dəstək olmaqdır.