Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın tempraturu xeyli aşağı düşüb. Fevralın 28-i gecə saatlarından başlayaraq bölgənin rayonlarına, o cümlədən Qax rayonunun ərazisinə qar yağır.
“İki sahil” xəbər verir ki, yağan qarın təmizlənməsi üçün Qax Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər həyata keçirilir. Eləcə də Avtomobil Yolları Dövlət Agentliyi rayonun respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunda, eləcə də yerli əhəmiyyətli avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görülür, avtomobil yolları texnikanın köməyi ilə qardan təmizlənir.
Eyni zamanda, rayonun Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən Qax şəhərinin küçələri, piyada səkiləri, park və meydanlar qardan təmizlənir, nəqliyyatın hərəkəti təmin edilir.
Qardan təmizləmə işləri və buzlaşmaya qarşı tədbirlər şəhərin ayrı-ayrı ərazilərində gün ərzində operativ şəkildə davam etdiriləcək.
Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması - YENİ DÖVRÜN STRATEJİ ÇAĞIRIŞI
Uşaqlar üçün təhlükəli hesab edilən kontentin yayılmasının qarşısı operativ mexanizmlərlə alınmalıdır - EKSPERT ŞƏRH EDİR