03 mart 2026 11:18
106

Astara sərhədində diplomatların təxliyəsi davam edir

Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsində təxliyə prosesi davam edir.

“İki sahil” xəbər verir ki, Slovakiya səfirliyinin əməkdaşları iki avtomobillə Azərbaycan ərazisinə daxil olublar. Diplomatlar sərhəd-keçid məntəqəsində ilkin yoxlama və müvafiq prosedurlardan keçirildikdən sonra təhlükəsiz şəkildə yola salınıblar.

Bundan əvvəl, axşam saatlarında Serbiya səfiri də Azərbaycan ərazisi vasitəsilə təxliyə olunub. Təxliyə tədbirləri aidiyyəti qurumların nəzarəti altında davam etdirilir.