03 mart 2026 18:33
114

Cənub Qaz Dəhlizi böyük gəlirlər gətirən strateji layihədir

Cənub Qaz Dəhlizi (CQD) böyük gəlirlər gətirən strateji layihədir.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, CQD uzun müddətli və strateji layihədir və ona qoyulan sərmayələr qeyri qayıtmaqdadır.

Nazir onu da qeyd edib ki, Azərbaycan CQD layihəsini daha da genişləndirmək istəyir və bu istiqamətdə Avropa İttifaqı ilə dialoq aparır.