Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.
"Bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.
Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.
Əsas hədəfimiz biri süni intellekt və Big Data analitika alətlərinin proseslərə tətbiqinin genişləndirilməsidir
Vətəndaş məmnunluğunu ölçmək üçün müxtəlif rəqəmsal alətlərdən istifadə edirik - Vüsalə Müzəffərova