Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına, eləcə də Babək rayon Şəkərabad kənd tam orta məktəbinə dron hücumu həyata keçirilib.
“İki sahil” AZƏRTAC-a istinadla dron qalıqlarının fotolarını təqdim edir.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.
Ceyhun Bayramov: İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir
Beynəlxalq əməkdaşlıq səhiyyədə KEYFİYYƏT VƏ STANDARTLARI TƏKMİLLƏŞDİRİR - Tamam Həsənova