Çinin nüfuzlu “Sinxua” xəbər agentliyi İrandan təxliyə olunan Çin vətəndaşlarının Azərbaycanda təhlükəsiz yerləşdirilməsi barədə məqalə yayıb.
“İki sahil” xəbər verir ki, məqalədə İrandan təxliyə olunan Çin vətəndaşlarının Azərbaycan ərazisinə keçidinin təşkili, paytaxtdakı hoteldə yerləşdirilməsi və onların ehtiyaclarının təmin olunması barədə yazılıb.
Bildirilir ki, çərşənbə axşamı yerli vaxtla saat 17:00 radələrində 48 Çin vətəndaşı paytaxtdakı “Caspian Business Hotel”də yerləşdirilib. Bu, Çin səfirliyi tərəfindən təşkil olunan və son günlərdə Azərbaycana keçən 260-dan çox Çin vətəndaşının təhlükəsizliyini təmin edən təxliyə əməliyyatının bir hissəsidir.
Çinin Azərbaycandakı səfiri Lu Mey təxliyə olunanları qarşılayıb və onlara təhlükəsiz şəkildə Çinə qayıtmalarına dəstək göstəriləcəyini bildirib. Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti Çin vətəndaşlarının ölkəyə girişinə böyük dəstək göstərib. Astara keçid məntəqəsində səfirlik əməkdaşları və könüllülər təxliyə olunanlara hotel sifarişi, valyuta mübadiləsi, uçuş planlaması və tərcümə xidmətləri kimi dəstək göstəriblər.
Həmçinin qeyd olunur ki, Bakı onların Çinə səyahətində ilk dayanacaq olub və səfirlik əlaqələndirməni təmin etməklə onların təhlükəsiz və problemsiz qayıdışını davam etdirəcək. (AZƏRTAC)
AEM: Dərmanların təqib sistemi ilə saxta və qeyri-qanuni məhsulların qarşısı alınır
Naxçıvandan daxili və xarici istiqamətlərə olan aviareyslər müvəqqəti dayandırılıb