“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Lənkəran rayonunda baş tutub.
“İki sahil” xəbər verir ki, Birlik rəhbəri Lənkəran, Masallı, Lerik, Astara və Biləsuvar rayonlarından qəbula gələn 34 vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi, qapı keçidinin quraşdırılması, məscidlərin qazlaşdırılması, habelə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib.
Bir sıra məsələlərin yerində araşdırılması üçün Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb