08 mart 2026 15:23
337

İdarəetmədə qadınların rolu və enerji sektorunda inklüziv inkişafı müzakirə olunub

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə SOCAR tərəfindən təşkil olunan tədbir çərçivəsində idarəetmədə qadınların rolu və enerji sektorunda inklüziv inkişaf mövzusuna həsr olunmuş panel müzakirələri keçirilib.

İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın rəsmi "Facebook" səhifəsində məlumat verilib.

Qeyd edilib ki, paneldə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova və neft sənayesinin inkişafına uzun illər töhfə vermiş təcrübəli neftçi Sevil Məmmədkərimova iştirak ediblər.

Müzakirələr zamanı enerji sektorunda inklüzivlik və müxtəliflik, karyera inkişafı imkanları, eləcə də peşəkar mühitdə qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Çıxışçılar peşəkar təcrübələrini bölüşərək liderlik bacarıqlarının inkişafında korporativ mədəniyyətin əhəmiyyətini vurğulayıblar.