10 mart 2026 11:40
119

XİN: İranda Azərbaycan vətəndaşlarının ölməsi və xəsarət alması barədə məlumat daxil olmayıb

İranda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, indiyə qədər İrana hücumlar nəticəsində ölənlərin 1230 nəfərdən çox olduğu bildirilir.