Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub
“İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib