10 mart 2026 18:23
134

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması" adlı beynəlxalq konfrans keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, energetika nazirinin müavini Orxan Zeynalov, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, SOCAR-ın prezidenti Rövşən Nəcəf təmsil edir. Konfransa ABŞ Ticarət katibinin Sənaye və Təhlükəsizlik üzrə müavini Ceffri Kessler və ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinx də qatılıb.

İkitərəfli ticarət və investisiya prioritetlərini inkişaf etdirmək və ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının növbəti mərhələsini formalaşdırmaq məqsədi daşıyan tədbir yüksəkvəzifəli dövlət rəsmilərini, investorları və digər maraqlı tərəfləri müzakirələrə cəlb edir. ( AZƏRTAC)