12 mart 2026 00:01
97

Naxçıvanda iftar süfrəsi açılıb

Martın 11-də “Duzdağ” Oteldə Ramazan ayı münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ilk təşkilatları üçün iftar süfrəsi təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub və dualar edilib.

İftar süfrəsində çıxış edənlər Ramazan ayının fəzilətlərindən danışaraq Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza və dövlətimizə isə sülh və əmin-amanlıq diləyiblər.

Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.