15 mart 2026 16:23
118

Xaçmaz-Quba yolunda qəza tıxaca səbəb olub

Xaçmaz-Quba yolunda "KamAz" markalı yük maşını ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.

Hadisə yolun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hadisə yolun ensiz hissəsində baş verdiyinindən digər nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə yolda uzun tıxac yaranıb.

Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

AZƏRTAC