19 mart 2026 15:00
114

İİTKM nümayəndələri “TEİ Forum 2026” – Vision Presentation Evening” tədbirində iştirak ediblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov və İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli “TEİ Forum 2026" (Trade, Export & Innovation Forum) üzrə təqdimat tədbirində iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirə dövlət qurumlarının əməkdaşları, millət vəkilləri, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə səfirliklərinin nümayəndələri və iş adamları qatılıblar.

Tədbirdə çıxış edən "Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, Mərkəzin “Startup School 4: Five Continents – 500 Startups” qlobal startap proqramı “TEİ Forum 2026" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Belə ki, “Startup School 4” layihəsinin yekun mərhələsi olan “Demo Day” proqramı 30–31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” tədbiri çərçivəsində təşkil olunacaq. Burada proqramın məzunlarından ən yaxşı 50 startapın MVP-ləri nümayiş etdiriləcək.  Bu, startaplara 500-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə birbaşa əlaqə qurmaq, potensial tərəfdaşlıqlar yaratmaq və investisiya imkanlarını genişləndirmək üçün unikal imkandır.

"TEİ Forum 2026" yerli, regional və qlobal bazarlardan sahibkarları, ixracatçıları, investorları, startapları, dövlət qurumlarını və innovasiya ekosisteminin əsas iştirakçılarını bir araya gətirən beynəlxalq biznes platformasıdır.