19 mart 2026 22:57
77

Qusar rayonunda iftar süfrəsi təşkil edilib

Martın 18-də Qusar rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində iftar süfrəsi təşkil edilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Vətən Müharibəsi Qəhrəmanı Renat Şixnəbiyev, YAP Qusar rayon təşkilatının sədri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Mərasim Ramazan duasının oxunması ilə başlanıb. İftar süfrəsi arxasında Ramazan ayının mənəvi əhəmiyyəti, insanları xeyirxahlığa, mərhəmətə və paylaşmağa səsləyən dəyərləri barədə söhbətlər aparılıb. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavan gələcək arzulanıb.