22 mart 2026 10:13
99

Axtarışda olan 34 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

⁠Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Martın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.