29 mart 2026 12:33
98

Zirə sakininin meyiti evinin həyətində quyuda tapılıb

Paytaxtın Xəzər rayonunda quyuda 51 yaşlı kişinin meyiti tapılıb.

“İki sahil” xəbər verir ki, hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1975-ci il təvəllüdlü Sərvər Cabbarzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb.

Faktla bağlı araşdırma aparılır.