29 mart 2026 12:35
87

Binəqədidə yerləşən anbarda yanğın başlayıb

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "İki sahil"ə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.