Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunan, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.
Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.
Xalq artisti Rasim Balayevin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər teatrın binasına gələrək, unudulmaz aktyora son borclarını verirlər.
Xalq artisti Tünzalə Ağayeva “Miss Mister of Azerbaijan”ın finalçıları ilə bir arada - FOTO/VİDEO
Nazir müavini: Xalq artistimizin cənazəsinin Azərbaycana aparılması üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb