30 mart 2026 21:10
121

Azərbaycan Nyu-York Milli BMT Modeli Konfransında təmsil olunub

Kaliforniya Dövlət Universitetinin bir qrup tələbəsi dünyanın ən qədim və böyük universitetlərarası BMT Modeli konfransı olan illik Nyu-York Milli BMT Modeli Konfransında Azərbaycanı təmsil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyinin "X"dəki hesabında məlumat yayılıb.

Bildirilib ki, Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində həmin tələbələr üçün diplomatik brifinq keçirilib:

"Tələbələrə mükəmməl araşdırma və hazırlıqlarına görə minnətdarıq və onların Azərbaycanı təmsil etmə tərzindən qürur duyuruq", - məlumatda qeyd olunub.