30 mart 2026 22:57
91

Azərbaycan və İran XİN başçıları telefonla danışıblar

30 mart tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.